Qaçqınlıq
Bu necə ömürdü, bu necə gündü, Köhləndən aralı, yəhərdən qaçaq. Meh başa həsrətdi, şeh də ayağa, Düşmüşük axşamdan, səhərdən qaçaq.
Hanı o gülyanaq, o gül dostlarım, Mənim can dostlarım, könül dostlarım. Yanağı kül olmuş, a kül dostlarım, Qaçaq bu tüstüdən, zəhərdən qaçaq.
Hərəmiz bir səmtə, bir yerə qaçdıq, Gah xeyrə qurşandıq, gah şərə qaçdıq. Kənddən baş götürüb şəhərə qaçdıq, Qorxuram indi də şəhərdən qaçaq.
2007, 2 noyabr