Əsas məzmuna keç

Sərbəst şeir

Qaçın

Zəlimxan Yaqub

2

Ürəkləri, qapıları, süfrələri, cibləri, Yeni ilin üzünə taybatay açın. Ürəyin atəşini, qapının taqqıltısını, süfrənin bərəkətini, cibin səxavətini, Haqqın nuru kimi hara gəldi dağıdın, hara gəldi saçın. Atəşi olmayan ürəyin, Səsi olmayan qapının, Səxavəti olmayan cibin, Bərəkəti olmayan süfrənin, Yanından, yörəsindən, Ayrıldıqca, ayrılın, Qaça bildikcə, qaçın!

2009, 31 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.