Qabalda bir gecə
(Bir gecənin duyğuları)
Yağış yağa, şimşək çaxa, göz baxa, Buludların savaşına baxasan. Kür atını oynadanda küləklər Yeyininə, yavaşına baxasan.
Oda dönə köz baxışlar, köz əllər, İtkiləri ovsunlaya gözəllər. Payız vaxtı töküləndə xəzəllər, Yarpaqların savaşına baxasan.
Göylərə bax, ulduzlanıb, aylanıb, Yerlərə bax, çeşmələnib, çaylanıb. Üfüqlərin bu başında dayanıb, Heyran-heyran o başına baxasan.
Sellər coşub dağı-daşı udanda, Qayaları pambıq kimi atanda, Təbiətin dəliliyi tutanda, Nə ağlına, nə yaşına baxasan.
2006, 11 oktyabr