Əsas məzmuna keç

Heca şeiri

Qabağında

Zəlimxan Yaqub

1

İnsan oğlu, ayaqlama hörməti, Yanaq qızarmasın söz qabağında. Hər kəsin vicdanı olsun məhkəmə, Görsün həqiqəti öz qabağında.

İnsanın taleyi olmasın qara, Uçurmayaq könül, vurmayaq ara. Hiyləni, fitnəni çəkdirək dara, Həyat məhv olmasın göz qabağında.

1968, 23 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.