Pir Sultan meydanı
Sığışmıram bəyliyə, sığışmıram xanlığa. Həmişə can atmışam, söz adlı xaqanlığa. Tanrım, mənə bu yaşda Bir sultan meydanı ver!
İşıq ver yanaqlara, şirə ver dodaqlara, Vaxtsız solmasın lalam. Dayaq ol hasarıma, Uçmasın qəsrim, qalam. Ulular meydanında, Hələ ki bir abdalam, Mənə Pir Sultan eşqi, Pir sultan meydanı ver!
2010, 21 mart