Peyğəmbər inamı mənə tanışdı
Haqqın vergisinə minnətdaram mən, Tanıdım ruhuma sızanda şeiri. İçindən Allahın qüdrəti çıxır, Qara torpaq kimi qazanda şeiri.
Peyğəmbər inamı mənə tanışdı, Haqqa inanmamaq bir aldanışdı. Nənəm pıçıldadı, babam danışdı, Duada, namazda, əzanda şeiri.
Dərdin dizlərini bükə bilirəm, Ümid körpüləri tikə bilirəm, Dünyanı özümə çəkə bilirəm, Özümə çəkilib yazanda şeiri.
2003, 4 aprel