Əsas məzmuna keç

Tərcibənd

Pərdə içində çalınır bir saz

İmadəddin Nəsimi

1

Pərdə içində çalınır bir saz Ki, edər eşq nəvasın ağaz.

Kim nəvayi qılır çü bu üşşaq Büzürgün nəğməsin dutar şahnaz.

Arif anlar bu nəğmənin rəmzin, Aşina olmayana vermədi raz.

Gər bilirsən bu rəmzi, ey talib, Mən bu pünhanı qılmazam ibraz.

Bəzm qurmuş, şərab içər Mahmud, Məclis əsbabını düzər Ayaz.

Söhbət arayışı düzər mə’şuq, Şivə birlə qılır itab ilə naz.

Leyk ol nalənin misalı budur, Zərrələrdən eşidirəm avaz;

Ki, nişan içrə binişan mənəm uş, On səkiz min cahana can mənəm uş.

Çünki dəryaya irişə bu Fərat, Lacərəm derlər ana bəhr ilə zat.

Mövcüdür kainat bu dəryanın, Bəs anınla dutar qərar səbat.

Vüslətidir anın bu hurü qüsur, Hüsnünün gülşənindədir cənnat.

______________________Milli Kitabxana_______________________

Həm şərabi-təhuri-Isadəm, Həm şəbistan içində abi-həyat.

Kəsrətin illəti nüquş oldu, Nəqşi qoydu bir ola zatü sifat.

Aləm anın sifati-məzhəridir, Adəm oldu camalına mir’at.

Eyni oldu sifat çün zatın, Qeyrini nəf’y qıl, həqi isbat:

Ki, nişan içrə binişan mənəm uş, On səkiz min cahana can mənəm uş.

Çün nişan ana binişan oldu, Hər məkan ana laməkan oldu.

Ismini çün təcəlli qıldı həq, Lacərəm bu sifət əyan oldu.

Əmr qıldı, cahanı yaratdı, Ol sifət bu cahana can oldu.

Adəmin şəkli idi ki, gəldi, Tən cahanında mihman oldu.

Sədhəzaran qəfəsdə bu bülbül, Tən cahanında nəğməxan oldu.

Gərçi zahirdə bu qəfəs çoxdur, Leyk mə’nidə bir haman oldu.

Bildin isə bu rəmzi, ey talib, Sənə bu mə’ni xoş bəyan oldu:

Ki, nişan içrə binişan mənəm uş, On səkiz min cahana can mənəm uş.

______________________Milli Kitabxana_______________________

Nəqş arasında mən ki, pünhanam, Hüsnünün aləmində tabanam.

Dəftərimdən əlifdürür Qur’an, Nöqtə şəklində gör nə divanam.

Mə’ni yaqutun istə, ey qəvvas, Qətrə bəhrində gör nə ümmanam.

Həbs olanda cəhalətin divi, Mə’rifət mülkünə Süleymanam.

Surətin-nasi surətül-həqqə, Bu xəbər höccətinə bürhanam.

Zahida, sən məni bəşər sanma, Adəmi surətində rəhmanam.

Tarümar eylədim qəmin çərisin, Bu sözün mə’nisilə xəndanam:

Ki, nişan içrə binişan mənəm uş, On səkiz min cahana can mənəm uş.

Dilbərin hüsnünə niqab nədir? Zatına pərdeyi-hicab nədir?

Rəf’ edər bu hicabı kim ki, bilir Könlümün Kə’bəsinə bab nədir.

Çünki aləm misali-adəmdir, Gör vücudunda afitab nədir?

Mustafa həqqi bu sifətdə görüb, Şabü əmrəd dediyi şab nədir?

Su gülab oldu gül qoxusuyla, Su nədir, gül nədir, gülab nədir?

______________________Milli Kitabxana_______________________

Aləmin çün vücudu həqq oldu, Bəs çəməndə dinən qürab nədir?

Bildin isə bu incə əsrarı, Bu sual ilə bu cavab nədir:

Ki, nişan içrə binişan mənəm uş, On səkiz min cahana can mənəm uş.

Eşqini dərdimə dəva gördüm, Vəslini canıma şəfa gördüm.

Könül əflakına nəzər qıldım, Vəssəmavati-ma-fiha gördüm.

Leyli-firqətdə taleyin bürcü, Sureyi-şəmsi-vəzzüha gördüm.

Hər məkan məscid oldu, həm Kə’bə, Mərvə haqqında çün Səfa gördüm.

Eşq divanında hər yana baxdım, Zahidin taətin həba gördüm.

Turi-Musidə bir vərəq buldum, Yazılı xətti-ləntəra gördüm.

Dust şəhrindədir, Nəsimi, məlik, Bu söz əhlini aşina gördüm:

Ki, nişan içrə binişan mənəm uş, On səkiz min cahana can mənəm uş.

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

Lüğət: Üşşaq – Aşiqlər V; Aşina – Tanış, dost; Raz – Sirr; Bəzm – Məclisə; Əsbab – Səbəblər; Lacərəm – Istər-istəməz; Əlbəttə;Buna görə; Bəhr – Dəniz; Şərabi – nab – Saf şərab; İllət – Səbəb, xəstəlik; Mir – Ağa; Laməkan – Məkansız; Təcəlli – Əzəmətli zühur etmə; Tən – Bədən; Bab – Qapı; Afitab – Günəş; Əsrar – Sirlər; Leyl – Gecə; Taət – Din və dünya qaydalarına itaət etmə; Məlik – Padşah

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.