Əsas məzmuna keç

Gəraylı

Papağı günə yandırma

Zəlimxan Yaqub

1

Haqq danış, dilini yandır, Oda gir, əlini yandır. Saza dön, telini yandır, Papağı günə yandırma!

Səngər eylə, döşün varsa, Qalalar tik, daşın varsa. Papaq altda başın varsa, Papağı günə yandırma!

Pas tutar parlayan dəmir, Od kül olar, köz də kömür. Həmişəlik deyil ömür, Papağı günə yandırma!

Yalvar, yaxar, yüyür, yeri, Ötən günlər gəlməz geri. Boş ömrün boş qalar yeri, Papağı günə yandırma!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.