Palıdlar olur
Küləklər qopanda qaraldı qanı, Bulud göy üzündə buluda dəydi. Şimşək meşələrə saldı tufanı, Xatası yenə də palıda dəydi.
Məğrur bir ağaca vurulan zədə, Budaqdan-budağa gəzir car olur. Günəşin nurunu hamı içsə də, Şimşəklə döyüşən palıdlar olur.