Palıdlar oldu
Küləklər qovanda qaraldı qanı, Bulud göy üzündə buluda dəydi. Şimşək meşələrə saldı tufanı, Zərbəsi yenə də palıda dəydi.
Məğrur bir ağacın aldığı zədə, Budaqdan-budağa gəzdi, car oldu. Günəşin nurunu hamı içsə də, Şimşəklə döyüşən palıdlar oldu!
1975, 17 may