Palıd ağacı
Faldaşın dərəsində, yolun sağ tərəfində, bir palıd ağacı var, ağacların tacı var. Yorulanda yolçular kölgəsində dincəlib. Onun qəddi-qaməti hər insana xoş gəlib. Ancaq, bu gün gövdəsinə neçə balta dəymişdi. Bəlkə ona görə də qocalmaqdan deyil, o aldığı bu yaradan qamətini əymişdi. Dedim: – Neçə yaşın var? Soruşanda yaşını, O dəm çatdı qaşını. – Min il sürdüyüm ömür bir anlıq oldu, – dedi, Qəlbimə yara dəydi, bütün aləm gözümdə qaranlıq oldu, – dedi. Əlləri qanlı cəllad, Azad həyat düşməni, ömrümü verdi bada. Olmasaydı sinəmdə balta açan yaralar, min il yenə yaşardım bu sehrkar dünyada.
1968, 29 aprel