Əsas məzmuna keç

Qoşma

Özünü gözlə

Zəlimxan Yaqub

1

Yel gücü, sel gücü qorxulu deyil, Tufan yıxdığını insan qaldırar. Sən elin gücündən özünü gözlə, Ürəkdə, beyində tufan qaldırar.

Yumruqla, nifrətlə, qəzəblə, kinlə, Qalxan qasırğadan özünü gözlə. Çöllərin düzündə gözünü deşən, Quzğundan, qarğadan özünü gözlə.

Xalq səndən üzünü döndərsə, heç nə, Dönürsə, deməli, yaman dönəcək. Taxtı silkələsə, şah yıxılacaq, Vaxtı silkələsə, zaman dönəcək.

2010, 12 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.