Əsas məzmuna keç

Gəraylı

Özün yazdın hər qisməti

Zəlimxan Yaqub

1

Bu öy mənim öyüm deyil, Özünsən öyün sahibi. Yıxan da sən, qaldıran da, Bu kəndin, köyün sahibi.

Oddan eşqin, nurdan üzün, Tərəfisən haqqın, düzün. Quranın, kitabın, sözün, “Əlif”in, “bey”in sahibi.

Sümüyə bürüdün əti, Özün yazdın hər qisməti. Dizimdən alma qüvvəti, Dizimdə heyin sahibi.

Qara bəxtim, qara çuxam, Sənin əlin, mənim yaxam. Mən kiməm ki, şərik çıxam, Sənsən hər şeyin sahibi.

Gecə-gündüz çəkər ahı, Zəlimxandı dərdin şahı. Bağışla varsa günahı, Ey yerin-göyün sahibi.

2004, 30 iyul Truskavets

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.