Özümüz-sözümüz
Dolandıq çöllər boyu, Yeridik yollar boyu. Gözlədik illər boyu, Gedənlər gəlməz oldu.
Kəsmədi savaşını, Hey yağdırdı daşını. Zaman gözün yaşını, Yanaqdan silməz oldu.
Astar olduq, üz olduq, Dərə, təpə, düz olduq. Ölən özümüz olduq, Sözümüz ölməz oldu.
2009, 17 fevral