Özü Məhəmmədə həqq eyləmiş kəmali əta
Özü Məhəmmədə həqq eyləmiş kəmali əta, Fəzilətilə onu rəhbər etdi həqq yoluna.
Bu aləmi yaradarkən o sahibi-hikmət, Məhəmməd ümmətinin hörmətini tutdu uca.
Xuda həbibidir həqq kim, yaranmadan aləm, Cəmalının işığıyla cəhanə saçdı ziya.
Vəliyyi-həqdir ol canişini-peyğəmbər Ki, etdi sə’y ilə hökmi-şəriəti icra.
Müdam puç sözə etmiş təbiətim nifrət, Yaratmışam sözümün hər birində bir mə’na.
Zəmanə fitnəsinə adət etmişəm, nə edim, Edər zəmanəyə tabe adamları dünya.
Könül həqiqətə daim cahanda talibdir, Məcaz qeydinə bağlanmağa verərmi riza?
Lüğət: Əta – bəxşiş; Həbib – sevgili, dost; Talib – tələb edən; rəğbət göstərən, istəyən