Əsas məzmuna keç

Qoşma

Ozan yoxdu, ozan yox

Zəlimxan Yaqub

1

Mən deyəni ipə-sapa düzməyə, Yazan yoxdu, yazan yoxdu, yazan yox. Yuxularım müəmmalı, düyünlü, Yozan yoxdu, yozan yoxdu, yozan yox.

Üstümüzdə qadağalar, hədələr, Bağrımızda sızıltılar, zədələr. Dərd açmağa çoxdan ölüb Dədələr, Ozan yoxdu, ozan yoxdu, ozan yox.

Bir yetim var, çəkən yoxdu nazını, Bir qərib var, sındırıblar sazını. Yazan kişi tərsə yazıb yazını, Pozan yoxdu, pozan yoxdu, pozan yox.

2006, 25 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.