Əsas məzmuna keç

Qoşma

Ozan oldum, ozanlara qarışdım

Zəlimxan Yaqub

1

Tale məni bir söz üstə köklədi, Ozan oldum, ozanlara qarışdım. Bir çiçəyi vaxtsız solan görəndə, Xəzəl oldum, xəzanlara qarışdım.

Yaxınıma buraxmadım qərəzi, Qərəz qəlbin xəstəliyi, mərəzi. İçərimdə qurdum mizan-tərəzi, Qurğulara, mizanlara qarışdım.

Aylar gəldi, illər keçdi aradan, Ağ üstünə xəttim düşdü qaradan. Bir qələm də mənə verdi Yaradan, Yazı yazdım, yazanlara qarışdım.

Bir kök üstə şaxələndim, min oldum, Bir sünbülün taleyində dən oldum. İnsaf oldum, iman oldum, din oldum, Dualara, əzanlara qarışdım.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.