Əsas məzmuna keç

Qoşma

Ozan oldum, boylarını boyladım

Zəlimxan Yaqub

1

Göz nurlanır, qəlb açılır, üz gülür, Belə yerdə üzüm gülməz olurmu? Gəlməsəydin, həsrətindən ölərdim, Həsrət varsa, insan ölməz olurmu?

Ozan oldum, boylarını boyladım, Yeri-göyü ziyarətə hayladım. Sevincimi insanlara payladım, Sevgisini insan bölməz olurmu?

Qurban olum səni sayan dünyaya, İşığını ərzə yayan dünyaya. Bir də gəlləm sən yaşayan dünyaya, Sən varsansa, gedər-gəlməz olurmu?

2005, 19 mart Hacı Bəktaş dərgahında, Türkiyə

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.