Öz dilindən çıxdı xata
İsməti qınağa çəkib, Arı günahkar eyləmə. Üşüdən buz baxışındı, Qarı günahkar eyləmə.
Gözəllər nazını sata, Can deyəsən, cana yata. Öz dilindən çıxdı xata, Yarı günahkar eyləmə.
Əbədi ünvanı, adı, Sevgi hər nemətin dadı. Nə günah var bağbandadı, Barı günahkar eyləmə.
2004, 20 oktyabr