Öyünməsin
Başa qapaz, üzə şillə, Döşə yumruq, gözə güllə Kim vurursa öyünməsin! Dilə qıfıl, ələ zəncir, Kürəyə yük, qola kəndir Kim vurursa öyünməsin! Elə zərbə, xalqa təpik, Boş şöhrətə yersiz çəpik Kim vurursa öyünməsin! Yersiz gəlib yer tutanlar, Göysüz gəlib göy tutanlar, Cəmiyyətə toy tutanlar Öyünməsin! Öyünməsin! Unudulmur bu dünyada Nə toy günü, nə yas günü! Qiyamətə qala bilməz Qisas günü!!!