Əsas məzmuna keç

Qoşma

Oynamasın

Aşıq Ələsgər

1

İltimas eylərəm gedən canlardan, Dost-düşmən içində yar oynamasın! Canandı, oynamaq ona xoş gəlir, Bizə əysikliyi var, oynamasın!

Xudam, mərdin işin salma müşkülə, Əhli-dili yetir sən əhli-dilə, Bülbülü gülə yaz, gülü-bülbülə, Qönçənin üstündə xar oynamasın!

Ələsgərəm, gözəllərdi əzbərim, Belə mürvət olmaz, kərrari-kərim! Zəhmət-zillət çəkən yazıq əllərim, İnsafdımı, səndə nar oynamasın!?

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.