Oyat məni
Ana, qoyma yatıb qalam, Səhər tezdən oyat məni. Duyğuların qanadında Qoy aparsın göy at məni.
Şehli vaxtı görüm tağı, Gül-çiçəkli bu torpağı. Gözlərinin nurlu çağı Qarşılasın həyat məni.
Çiçəklərdən dərə-dərə, Min dağ aşım, min bir dərə. Qoy qaldırsın zirvələrə Sən verdiyin qanad məni!