Oyan, sabahdı
Dadmısan sevincdən kədərə qədər, Yatmısan axşamdan səhərə qədər. Onsuz da yatmaq var məhşərə qədər, Ömrü yuxulara vermək günahdı, Oyan, sabahdı!
Baxma dan yerinə mürgülü gözlə, Qarış təbiətə nəğməylə, sözlə. Vaxt səni gözləmir, sən vaxtı gözlə, Hədər keçən günlər ağrıdı, ahdı, Oyan, sabahdı!
Çiçəklər danışır çiçək diliylə, Böcəklər danışır böcək diliylə. Danış təbiətin gerçək diliylə, Gözəllik həmişə şah oğlu şahdı, Oyan, sabahdı!
2000, 16 sentyabr