Oyan deyir
İlahi, nə yaman gec oyanmışıq, Günəş pəncərədən bizi göstərir. Yatıb qalanlara, uyuyanlara, Dərəni, təpəni, düzü göstərir.
Qızaran üfüqlər, yanan şəfəqlər, Bizə can gətirir, bizə can deyir. Dolur qoynumuza, qucağımıza, Bahar hamımıza qalx, oyan deyir!