Əsas məzmuna keç

Qoşma

«oyan» dedilər

Məxdumqulu Fəraqi

1

Yatmış idim qəmdə, gəldi ərənlər, «Dur görək yerindən, oyan!» dedilər. Gözüm açıb gördüm cümlə-cahanı, «Şol duranı Şahi-mərdan!» dedilər

Ərənlər cəm olub bazar etdilər, Münafiqlər durub həzər etdilər, Əli babam bizə nəzər etdilər, Bir kasə mey verib: «İç, qan!» dedilər.

Oyanıb qəflətdən, açdım gözümü, Ərənlər payinə sürtdüm üzümü, Oxutdular, haq sözlədim sözümü, «Səksən min kəlamı bəyan» dedilər.

Ərənlər cəm olub, mundan köçdülər, Sirat körpüsündən bir-bir keçdilər, Ol hovzi-kövsərdən şərab içdilər, İçən şahbazları «Sultan» dedilər.

Məxdumqulu, sözlə bu şirin dildə, Umudum çox dürur şol duran yolda, Beş vaxt namazını oxu hər gündə, «Axirət yoldaşın - iman» dedilər.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.