Oxuya bilmədim axıra qədər
Kim deyir bu dünya kefdi, damaqdı, Kefi olanlar da kefdə deyilmiş. Yüz il bu dünyada yaşasan belə, Göz açıb görürsən həftə deyilmiş.
Vəfası yalandı, dostluğu kədər, Ötərgi sevgidir, əbədi kədər. Oxuya bilmədim axıra qədər, Dünya kitab kimi rəfdə deyilmiş.
Min ürək qırıla, min könül sına, Fələyin qılıncı çəkilməz qına. Verir verdiyini can bahasına, Tanrının heç nəyi müftə deyilmiş.
2004, 30 aprel