Əsas məzmuna keç

Sərbəst şeir

Oxu mənim şeirimi

Zəlimxan Yaqub

1

Yaman ağırlaşmısan, Oxu mənim şeirimi, oxu, yüngülləş bir az. Sellərlə qol-boyun ol, çaylarla güləş bir az. Yaman ruhdan düşmüsən, At beynindən, başından bu qaragüruhları. Orda tanıyacaqsan Səni ruha gətirən ən müqəddəs ruhları. Çox həvəsdən düşmüsən, oxu mənim şeirimi, Havalan, həvəsə gəl. Səslər eşidəcəksən Hər sözün ürəyindən, Ona səs ver, səsə gəl. Yaman ölgünləşmisən, Oxu mənim şeirimi, Duyub anlayacaqsan vaxt hardadı ölməyə, Qaçacaqsan sevimli dostlarının yanına Sevincini bölməyə, kədərini bölməyə. Yaman ölüb ümidin; Oxu mənim şeirimi, Əqidədən, inamdan cüt qanad taxacaqsan. Səni sıxan dünyaya eşqin, nurun, sevginin gözüylə baxacaqsan!

2006, 10 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.