Əsas məzmuna keç

Qoşma

Oxşayır

Məxdumqulu Fəraqi

1

Ey pəri, ziba pəri, ruyin təbana oxşayır, Gül ruyində müşki-ənbər reyhana oxşayır.

Bu yanan canıma bəsdir bircə deyən sözlərin, Qaşların taylı dartışın Leyli cana oxşayır.

Mən qulunam, yaxsan canım, əlindədir ol yesir, Hökmürəvan fərmanıdır, Süleymana oxşayır.

Yandırsan oda yaxıb, ya ki üzsən tiğ ilən, Tiği dərmana bərabər, özü Loğmana oxşayır.

İstəyib camalını, gəşt eylədim külli-cahan, Gözdən tökən qanlı yaşım, ol ümmana oxşayır.

Bu fələyin zülmü birlən getdi səbri-taqətim, Bu yalan fani cahan bəs bir zindana oxşayır.

Oncaları xüms edib, kimə verdi dövləti, Başım çıxmaz dərdə qaldım, işi yalana oxşayır.

Məxdumqulu, qoca pələng hər gündə bir ov atar, Ötsə ömrü ol fəqirın, tülkü pəlvana oxşayır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.