Əsas məzmuna keç

Gəraylı

Ovçu olmaq çətin imiş

Zəlimxan Yaqub

1

Əlimdən bir xata çıxdı, Əlimdə silah ağladı. Sabaha bir qəbir qazdım, Üstündə günah ağladı.

Axşam ötürdü köksünü, Açılan sabah ağladı. Ruhumda baş-başa verib, Nəfs ilə tamah ağladı.

Üstümə bir duman çökdü, İçimdə bir ah ağladı. Leysan yağış elə yağdı, Sandım ki, Allah ağladı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.