Əsas məzmuna keç

Qoşma

Oturmuş

Məxdumqulu Fəraqi

1

Qövs ərə bərabər bir kimsə yoxdur, Tərki-dünya olub, çıxıb oturmuş. Ağtab bir mənzildir, mənzəri haqdır, Ol fərşi-əlaya çöküb oturmuş.

Sağ-solda iki ər, imameyn derlər, Sağındakı — göyə eylər tədbirlər. Solundakı — yerə sərəncam verər, Yer əncamı ilə baxıb oturmuş.

Anladığım işi eyləyim izhar, Babi-həqdən kəşf olmuşdır bu əsrar, Orda Övtad derlər daha dördü var, Dünyanın dörd küncün çəkib oturmuş.

Bunca arı, bunca pakdır zatları, Cahan içrə onlar yaxar odları. Yeddi ər var, Budaladır adları, Olacaq şər işə baxıb oturmuş.

Həqiqət yolundan xəbərli ərlər, Bu sözüm eşitcək, qulaq verərlər, On iki ər vardır, Rüqabə derlər, Hər işi boynuna taxıb oturmuş.

Bunlar cahana can, cahan sanki tən, Söyləyim bəyanın, qulaq vergil sən, Adları Nücəba, özləri çiltən, Ərbəində müdam oxub oturmuş.

Yeddinci güruhu Nüqəba, bilin, Üç yüz ərdir, sözə bir qulaq verin, Üç yüz altmış altı ərən hər ilin Hər gününə biri çıxıb oturmuş.

Bunlar kimə baxsa, o gələr coşa, Salar dünya məstin həqiqət eşqə,

Əfradi-mənna var bunlardan başga, Xəlqi məlamətə yaxıb oturmuş.

Məxdumqulu deyər, dostlar, mən gümrah, Heyran qaldım, bir mənzildə tapmam rah, Üç yüz gəlib etdi özünə həmrah, Yanıq bağrım yaşın töküb oturmuş.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.