Ötər bu dünya
Xoşca qalın, yarlar, dostlar, yaranlar, Güvənmə, hamıdan ötər bu dünya. Çarə tapmadılar ötən vəlilər, Hamının başına yetər bu dünya.
Birini şah edər, verər çox rəvac, Neçələri ağlar, bir pula möhtac, Heç kim çarə tapmaz, ötər naəlac, Hər kəcə yüz ələm verər bu dünya.
Nəzər etsə para edər daşları, Neçəsinə ağı edər aşları, Neçələri alıb əziz başları, Onları qürbətə atar bu dünya.
Nurundan yaratdı İsanı cabbar, Ərk özündə, hər nə qılsa, Birivar. Bir qəribəm, səndən özgə kimim var, Məni çox zəhmətə salar bu dünya.
Həzrəti Adəmi eylədi heyran, Həvva cüda düşdü, gözləri giryan, Xudaya sirr dedi həzrəti Loğman, «Diləyim: tuş etmə namərdə, dünya!»
Həzrəti İskəndər, hanı Süleyman, Axırda oldular əhli-goristan, Hanı Söhrab, Vərzu, Rüstəmi-dastan, Hamını oraqla biçər bu dünya.
Məxdumqulu, könlümdə yüz külfət var, Bizlər bir qazana olduq giriftar, Yaradan, xar etmə, eylə xəbərdər, Yoxsa işim ərman edər bu dünya.