Ötəndə
Gəl güvənmə bu dünyanın malına, Malın burda qalar, özün ötəndə. Varın keçər varislərin əlinə, Paylaşarlar əcəl yaxan tutanda.
Hamı getdi, burda tayın-tuşun yox, Məscid ilə, mehrab ilə işin yox, Rövzə ilə, namaz ilə xoşun yox, Nə deyərsən ol mənzilə yetəndə.
Diş tökülüb, artıq tutmaz dizlərin, Oğluna-qızına keçməz sözlərin, Dünya həvəsindən doymaz gözlərin, Gözün doyar ayın-günün batanda.
Ey adəmzad, bir gün odda yanarsan, Bir şüşəsən, bu gün-sabah sınarsan, Bir gün olar ağac ata minərsən, Durammazsan qum altında yatanda.
Qüvvə qalmaz, bel bükülər, huş gedər, Kimi naxoş gedər, kimi xoş gedər, Məxdumqulu iki əlin boş gedər, El yığılıb tabutunu tutanda.