Öpdüm gül yanaqları
Bir bağbanı çağırdım, Bağından gilas aldım. Tutmadı ovuclarım, Əlimdən gilə saldım.
Havalandım səsiylə, İsindim nəfəsiylə, Bülbülün nəğməsiylə, Sevgimi dilə saldım.
Bağ çiçəkdi, mən arı, Baldı bağbanın barı. Öpdüm gül yanaqları, Meylimi gülə saldım.
2002, 29 iyul