Onun ruhuna söykən
Səni yasdan çıxardaq, anam Azərbaycanım, Sil gözlərin yaşını, qaralara bürünmə, gəl! Sənin qara geyməyin sevindirər düşməni, Yağıların önündə dumanlı görünmə, gəl!
Qoy səni düşmən kimi dindirənlər utansın, Qoy səni ocaq kimi söndürənlər utansın. Qoy səni ucalardan endirənlər utansın, Dağ kimi möhkəm dayan, qar kimi kürünmə, gəl!
Qəmlər çoxdu dünyada, qəm yoxdu qəmin kimi, Oğulların qırılıb, biçilmiş zəmin kimi. Qara dağın yıxılıb, MƏHƏMMƏD ƏMİN kimi, Onun ruhuna söykən, ətəkdə sürünmə, gəl.