Əsas məzmuna keç

Qoşma

Ondadır

Məxdumqulu Fəraqi

1

Yaxşılar tutmuş bina, bir şəhri gördüm – ondadır, Eşq mətahı satılan bazarı gördüm – ondadır, Rəngbərəng güllər açılmış xarı gördüm, ondadır, Xub şəcərlər boy çəkibdir, varı gördüm, ondadır, Yüz cilvəli, işvəli dildarı gördüm – ondadır.

Qaim olsan istəməzlər, getsən ki, avaz eyləyər, Sözləsən verməz səda, sözləməsən raz eyləyər, Könlünü bənd eyləyib, özünü pərvaz eyləyər, Bir pəri pünhan oturmuş, «gəlmə» der, naz eyləyər, Ol pəri-peykər sifətli yarı gördüm – ondadır.

Ol Xıdır İlyas ilən Əhməd, Süleyman onda var, Ol Səlim şah, Məkkə xanı ibni-Sultan onda var, Bəyazid, Sultan Veys − xirqəni geyən onda var. Bir neçə Məcnun kimi çaki-giriban onda var. Dayanar Musa əsası – marı gördüm – ondadır.

Bəhr ara balıq içində rahət edib uyğulanan, İmtihan eylər ona kərmi-kəlanlar bəklənən, Dost olub Allahına düşmən elində saxlanan, Mancanağa bağlanıb bir atəş içrə oxlanan, Kəbə bünyad eyləyən memarı gördüm − ondadır.

Yüz iyirmi dörd min yenə yeddi yüz peyğəmbəri, Üç yüz on üç mürsəlin − onlar dəxi taci-səri, Yüz iyirmi dörd min dürdanənin sənsən baş gövhəri, Ümmətinin şafiqi, Məxdumqulunun mənzəri, Ol Məhəmməd Əhmədi-Muxtarı gördüm – ondadır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.