Əsas məzmuna keç

Qoşma

Onda var

Məxdumqulu Fəraqi

1

Birinci qat yerin adı Rəmkadır, Akım adlı yavuz yellər onda var, Yetmiş min fəriştə onda saxlanır, Min qaim əzəli bağlar onda var.

İkinci qat yerin adı Hüldadır, Quyruğu nizə tək xərçəng ondadır, Asi adam üçün gözü yoldadır, Nər-buğra biləkli bövlər onda var.

Altı yüz altmışdır onurğa daşı, Hər birin altı yüz altmışdır başı, Hər başda altı yüz altmışdır dişi, Dağlar dözməz bəd ağılar onda var.

Üçüncü yer adı Arxayi-Afaq, Odunu dəmirdən, dözməyir torpaq, Duzəx ənquru var dağdan uluğraq, Gerçəkdən imansız qullar onda var.

Dördüncü qat yerin adıdır Hürpa, İlanlarnın dişi dərəxti-xurma, İstisı yandırar, öldürər sərma, Tən, can dözməz, dinməz vaylar onda var.

Beşinci yer adı Səlman zəmindir, Almaz daş vurarlar hər kim bidindir, Altıncı qat yerin adı Siccindir, Tamuluq olacaq canlar onda var.

Yeddinci yer adı Qəribə dildə, Duzəxdən qorxub gəz, xudanı bil də, Şeytan ordan enib-çıxar hər ildə, Fəraqi der, yaman günlər onda var.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.