Əsas məzmuna keç

Qoşma

Onda diri sayma

Zəlimxan Yaqub

1

Yenə qoynundayam, ay ana kəndim, Bağçanın açılan gülü bil məni. Üşüyən əlini qızdırammasam, Ocağın qaralan külü bil məni.

Qoynunu sehrli cənnət sanmışam, Közlə ərimişəm, şamla yanmışam. Elə yumşalmışam, rahatlanmışam, Çəmənin məxməri, tülü bil məni.

Bir damla suyunu arxa çevirdim, Xalq oldum, üzümü xalqa çevirdim. Nə zaman mən sənə arxa çevirdim, Onda diri sayma, ölü bil məni.

2000, 6 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.