Onda
Rəva görmə, odum keçə, kül qala, Kül olsam, oduna nə yanar onda. Sevgi yoxsa, çırpınanda ürəyin, Nəyi yada salar, nəyanar1 onda.
Məni oda qalasan da, qan qala, Gül-çiçək ol, gəl bənzəmə qanqala. Yaralasan, çətin məndə qan qala, Nə qəlbim alışar, nə yanar onda.
Sinənin üstünə biri sinəndə, Yar yarla bir yanıb, bir isinəndə, Biri üzdə olsa, biri sinəndə Nəyə lalə deyim, nəyə nar onda.
1972, 10 iyun · 1 nəyanar – nəyi anar.