Ömür-zaman
Çağladı sellər kimi, ömrümdən axdı, Zamanın qarşısında duruş gətirəmmədi. Axdı, fəsillər axdı, Cilovlaya bilmədik ayları, fəsilləri. Dayandıra bilmədik, Balıq kimi sürüşüb əldən çıxan illəri. Bu duyğular içində qəlbimdən qanlar axdı, Qara sevdalar kimi, Başımın üzərindən qara dumanlar axdı. Həsrətli şeirlərin gəlhagəli başladı, Qələmimdən mürəkkəb, gözümdən yaşlar axdı. Sal qayalar yenə də qaldı qayalığında, Bizi elə əritdi zaman öz axarında, Sanki dağ çaylarında xırdaca daşlar axdı.
2002, 18 yanvar