Ömür yolu
Ömür boyu başdan-başa döyüşdü, Dağdan-dağa, daşdan-daşa döyüşdü. Yüz il yaşa, min il yaşa, döyüşdü, Hünərin var, döyülməmiş ömr eylə!
Fil dayanır, ətrafında yüz it var, Ala köpək, qara çaqqal, boz it var. Hər imamın yanında bir yezid var, Tanrım, mənim düşmənimi şümr eylə!
Dərd sinəndə körpü salar, yol eylər, Ölənəcən həsrətini bol eylər. Allah səni hər əmrinə qul eylər, Hünərin var, sən Allaha əmr eylə!