Ömür vəfa eyləsə
Qüvvət alıb Tanrıdan, Bir dəlisov köhlənin, Yalmanına yataram. Arzuların dalınca, Çapıb-çapıb çataram. Qanad ollam, səs ollam, Eldən gələn hər səsə, Ömür vəfa eyləsə!
Bu qadalı dünyanın, Qadasını alaram. Könül adlı sazımı, İstəyimcə çalaram. Enmərəm zildən pəsə, Ömür vəfa eyləsə!
Köhnə ildən nə qaldı, Təzə ilə keçəsi? Bu şirin dünyamızdan, Nakam getdi neçəsi. Zaman axıra qədər, Gün ağlamır bir kəsə. Könüllər güldürərdim, Ömür vəfa eyləsə!
Yol yarıya çatmamış, Atlını salır atdan. Tale ayırır bizi, Yaşamaqdan, həyatdan. Deyin heç insafdımı, Baş titrəyə, əl əsə, Neçə dərdin, azarın, Dərmanını tapardım, Ömür vəfa eyləsə!
Günahımı dərk edib, Səhvimi anlamışam. Elədiyim səhvləri, Bir-bir yadıma salıb, Özümü danlamışam. Mətləb aydın, söz kəsə, Bircə ömrün içində, Minbir ömür yaşardım, Ömür vəfa eyləsə!