Əsas məzmuna keç

Qoşma

Ömür-gün işığında

Zəlimxan Yaqub

1

Şair taleyinin xoş anları var, Ömür işığında, gün işığında. İmanlı misralar axır qələmdən, İman işığında, din işığında.

İşığa, Tanrıya könül verən kəs, Ancaq İlahidən götürəcək dərs. İnsan bəxtəvərdi, torpaq müqəddəs, Sünbül işığında, dən işığında.

Qana nur dolaşar, nurda qan yaşar, Bir zərrə şəfəqdə min bir can yaşar. Bir Allah bəndəsi Zəlimxan yaşar, Axşam şöləsində, dan işığında.

2003, 15 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.