Əsas məzmuna keç

Heca şeiri

Ömür

Zəlimxan Yaqub

1

Meyvəli payızlar, şaxtalı qışlar, Ömür-gün bəzəyən naxış deyilmi?! Alında düyünlər, üzdə qırışlar, Ömür sərgisinə baxış deyilmi?!

Günəştək nurunu hər yana saçıb, Dediyi zirvəyə ucalmağı var. Fəslin baharında gül-çiçək açıb, Fəslin payızında qocalmağı var.

1971, 6 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.