Ömür
Gül soldu, yerində çöp qalasıdı, Od söndü, yerində kömür qalası. Yıxılar sarayın daş hasarları, Dağılar zamanın dəmir qalası.
Qaynayır, yanaqda qan-yaş əriyir, Həm möhlət tükənir, həm yaş əriyir. Qum kimi süzülür, daş-daş əriyir, Torpaqda toz olur ömür qalası.
2003, 19 avqust