Əsas məzmuna keç

Gəraylı

Ömür

Zəlimxan Yaqub

2

Yuxulardan keçib gəldim, Yuxu məndən keçib gedir. Harda bir ox atan olsa, Oxu məndən keçib gedir.

İnam yox özülə, himə, Kimə bel bağlayım, kimə. Ölüm adlı bir vahimə, Qorxu məndən keçib gedir.

Başımda eşqin sarayı, Canımda dərdin harayı. Dünyanın çeşməsi, çayı, Arxı məndən keçib gedir.

Gözündən keçdim ələyin, İçindən çıxdım bələyin. Özü göydədi fələyin, Çarxı məndən keçib gedir.

2007, 21 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.