Əsas məzmuna keç

Qoşma

Ömrün şah gecəsi

Zəlimxan Yaqub

1

Könül, bu gecəni vermə əlindən, Bu gecə zövq anı, ruh gecəsidi. Bir gözəl gözündə iki damla yaş, Bir qız yanağında şeh gecəsidi.

İlahi bir andı, gəlib gedəcək, Qəlbini, ruhunu dəlib gedəcək, Hələ ki diridi, ölüb gedəcək, Ürəkdən çəkilən ah gecəsidi.

Gözəldi gözəllə sarışıb ölmək, Gözəldi gözəllə barışıb ölmək, Bir qız nəfəsinə qarışıb ölmək, Bir insan ömrünün şah gecəsidi.

2002, 1 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.