Əsas məzmuna keç

Bağlama

Olur

Aşıq Ələsgər

1

İki bədən gördüm, altmış başı var, Müttəsildi onda qeyri sirr olur. İki uruh gərdiş vurub dolanır, Gahdan iki olur, gahdan bir olur.

Birisi sultandı, gəzir taxt üstə, Biri gah sağ olur, gah zaman xəstə, Qocaldıqca olur təzə, növrəstə, Cavanlıqda qoca olur, pir olur.

Yüz səksən qolu var, oynar abınan, Üç yüz qulağı var, san-hesabınan, Beş kəlmə danışır afitabınan, Kəlməsində gövhər olur, dür olur.

Aşıq Ələsgər bu hesaba yetişdi, Onu cəm eyləyən bir dənə quşdu, Gahdan bəzirgandı, gahdan dərvişdi, Gah padişah olur, gah vəzir olur.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.