Əsas məzmuna keç

Heca şeiri

Ölümsüzlük Allahın

Zəlimxan Yaqub

1

İştah diş altındadır, Əsiriyəm iştahın. Girovuyam ömürlük, Nəfsin, suçun, tamahın. İlişmişəm cənginə, Yaratdığım güllənin, Yaratdığım silahın. Dağ boyda dumanı var Çəkilən dərdin, ahın. Bəraəti yoxdu, yox, Qazandığım günahın. Allahın günahı yox, Allahın tamahı yox. Tutduğu işə görə, Çəkilməli ahı yox. Bəlkə, ona görə də, Ölüm mənim qismətim, Ölümsüzlük Allahın!

2001, 6 yanvar Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.