Əsas məzmuna keç

Qoşma

Ölümlə tanışlıq

Zəlimxan Yaqub

1

Ölümlə tanışlıq belə başlanır, Çəkilir canından od-atəş indi. Yer-göy qucaqlasa, mənası yoxdur, İsitməz canını min günəş indi.

Sən ki başdan-başa oddun, hənirdin, Nə tez buludların qoynuna girdin? Qolların gücünə çox güvənirdin, Gəlib o pəhləvan, gəl güləş indi.

Bir az asta yeri, bir az asta gəz, “Demə ki, tufanlar qəddimi əyməz”. Sənin mübarizən bir çöpə dəyməz, Yüz vuruş, yüz döyüş, yüz əlləş indi.

Can nədir, canından çıxan ah bilər, Ağrılar özünü taxtda şah bilər. Kim kimi yıxacaq, bir Allah bilər, Pəncə vur, əcəllə pəncələş indi.

2004, 19 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.