Ölüm durur növbədə
Bir az qəlbimi dindir, Bir az könlümü isindir. Məni sərt qayğıların Vəhşi pəncəsindən al, Ruhuma bir layla çal. Sığalla telimi, Dara saçımı, Ödə əllərinə olan Zərif ehtiyacımı. Soyutma baxışlarını, Gözümə yaxşı bax. Üşütmə sözlərimi, Sözümə yaxşı bax. Yaxşı baxmışdın, Otuzuma, qırxıma, əllimə, Ümidinə, təsəllimə. Dünən baxdığın kimi Doxsanıma, yüzümə yaxşı bax! Ödə qəlbimin, ruhumun, Dilimin, dodağımın ehtiyacını. Ödə! Ödə! Ödə! Vaxta bir şey qalmayıb, Ölüm duru növbədə!
Yalta, 2010, 23 iyun